Dart Nədir? 

Dart  iç-içə və fərqli rəngli halqalardan əmələ gələn bir hədəfə, müəyyənləşmiş bir uzaqlıqda balaca oxların atılaraq, ən yüksək xalı almaq məqsədli bir oyun növüdür. Dart, Orta dövürlərdə oxçular üçün bir dərs oyunu olaraq başlamışdır. İlk dəfə İngiltərədə ortaya çıxmışdır.

Hədəfə daha yaxşı gedməsi üçün arxasına tük ya da aparey (flight) taxılan dart oxu 16 sm uzunluğunda, nişan taxdasının ölçüsü isə 45 sm uzunluğundadır. Nişan taxtası, 1-dən 20-yə qədər dəyərlərin yazılı olduğu 20 xal diliminə bölünmüşdür.
Alınacaq xalı təyin eden iç-içə altı halqa bu dilimləri kəsməkdədir. Ən içdə 50 xallıq mərkəz (BullEye), həmən kənarında 25 xallıq bir halqa, geniş bir təkli atış halqası, dar bir üçlü atış halqası, digər bir geniş təkli atış halqası və ən kənarda dar bir çiftli atış halqası bulunmaqdadır.

Əksəriyyətən hədəf skorlara görə isimləndirilən Dart-ın 301 / 501 / 701, Cricket, High Score, Shangai, 301 Elinination, Split Score, Rapid Score olaraq göstərilən oyun növləri vardır.

Dart oyununun qaydaları

 

Atış

  1.  Hər oyunçu öz dartları ilə atış etməli, işlədilən dartlar 30,5 sm uzunluğunda və 50 qr. ağırlığından çox olmamalıdır. Hər dart gövdəyə taxıla bilən sabit ya da dəyiştirilə bilən polad ucdan olur. Gövdənin arxasına fərqli parçalardan əmələ gələn bir qanad sistemi olmalıdır.
  2.  Hər dart tək-tək və əllə atılmalıdır.
  3. Bir atış üç dartın oyun taxtasına atılmasından olur.
  4. Oyunçu atış sırasında, atış tamamlanmadan əvvəl oyun taxtasına saplı olan dartlarından hər hansı birinə toxunduğu halda atışını tamamlamış sayılır.
  5. Oyun taxtasından düşən bir dart təkrar atılmaz.
  6. Atış tamamlanmadan əvvəl, oyun taxdasından düşən dart xala daxil edilməz.

 

Başlama və Bitirmə

  1. Oyunçunun xal verməyə başlaya bilməsi üçün, attığı dartın, oyun taxtasının ikili bölgəsindəki xarici çevrə telinin içində, oynanan oyunun keyfiyyətinə görə uyğun yerə isabət etməsi yetərlidir.
  2. Bitirmə atışı yazıçı tərəfindən keçərsiz sayılırsa və əgər oyunçunun işlədilməmiş dartı varsa, oyunçu atış etməmiş olduğu dartlarını işlədmə haqqına sahibdir.
  3. Bitirmə atışı ancaq atılması gərəkən xal təmin olunur (sayıdan düşməli oyunlarda) və ya bağlanması gərəkən bütün sahələr və sayılar bağlanırsa (sayı və sahə bağlanmalı oyunlarda) və yazıçı tərəfindən təsdiqləndikdən sonra dartlar toplanırsa atış keçərli sayılır.
  4. Qaydasında hər hansı bir yanlış olma durumunda, oyunçu dartlarını topladısa və hələ də işlədilməmiş dartı varsa, yazıçı toplanan dartları mümkün olan ən uyğun şəkildə oyun taxtasına yerləşdirir və oyunçunun atışını tamamlamasına icaz verir.
  5. Gərəkli bitirişi edən oyunçu oyunun ya da maçın qalibi olaraq elan edilir. Bitimden sonra, hər hansı bir oyunçu tərəfindən edilən atış keçərli sayılmaz.
  6. Bir maç, ya da Oyunlara bölünmüş bir set, setlərə bölünmüş bir maç , 3-lü, 5-li, 7-li.vs. kimi oyun qaydasında oynanır. Müəyyənləşmiş saydakı oyunların çoxunu qazanan oyunçu ya da qurup maçın qalibi sayılır. Geriyə qalan oyunların oynanmasına gərək qalmaz.
  7. Setlərə bölünmüş bir maç 2.06 maddəsin uyğun olaraq oynanır.

 

Xal vermə

a) Sayıdan düşməli Oyunlar üçün:

  1. Maçlar və ya Oyunlar, oyunun növünə görə hər hansı bir tək sayıdan başlaya bilir.(məs:301, 501, 701, 901. vs.)Atılan xallar bu sayıdan düşülür. Hər atışdan sonra o atışın toplamı qalan xaldan çıxardılır.
  2. Atışın xal olaraq sayıla bilməsi üçün dartın uc tərəfini hər hansı (təkli, çiftli, üçlü) bir sayı bölgəsinə və ya mərkəz bölgəsinə (məkəz, iç mərkəz) dəyməsi lazımdır. Oyun taxtasına dəyib düşən bir dart xal almış sayılmaz.
  3. Atılan xal, dartın içinə düşdüyü dilimə aid olduğu rəqəmdən götürülür.
  4. Hakimlər Oyun taxtası üzərindəki hörümçək torunun, sayıları bir-birindən ayıran bölümlər üzərində olduğunu həmişə kontrol edəcəkdir. Buna baxmayaraq hər hansı bir əyrilik halında atılan xalın müəyyənləşdirilməsində hörümçək toru bölümləri əsas alınacaqdır.
  5. Dartlar oyun taxtasından, atan oyunçu tərəfindən alınır. Oyunçu dartlarını toplamadan əvvəl yazıçının xalı toplamasını və qeyd etməsini gözlər.
  6. Xal vermədəki aritmetik xətaya etiraz ancaq diger oyunçu ilk dartını hədəf taxtasına atmadan əvvəl edə bilər. Əks halda xal taxtasında yazılan şəkildə qalır.
  7. Bir oyunçunun attığı xallar və qalan xalı, xal cədvəlində hakim və oyunçular tərəfindən oxuna biləcək şəkildə, təmiz göz xəttində və yazıçı tərəfindən yazılmalıdır.
  8. Yazıçı oyunçunun tələbi halında, oyunçunun attığı xalı və qaldığı xalı söyləyə bilər, ancaq bitiriş üçün atış və ya birləşməsi qaydasında olmaz.
  9. Maç hakimi qaydaları tam tətbiq etməlidir.

b) Sayı və ərazi bağlanmalı Oyunlar üçün

  1. Sayı və sahə bağlanmalı oyunlarda yarışma qaydalarında göstərilən sayı və ərazilər hər bir oyun üçün 3 dəfə atılaraq bağlanmalıdır.
  2. Hakimlər Oyun taxdası üzərindəki hörümçək torunun, sayıları bir-birindən ayıran bölümlər üzərində olduğunu həmişə nəzarət edəcəkdir. Buna baxmayaraq hər hansı bir əyrilik vəziyyətində atılan xalın müəyyənləşməsində hörümçək toru bölümləri əsas alınacaqdır. Gərəkən bir sayının üçlü bölgəsine atılan dart, o sayının üç dəfə atılması ilə eyni dəyərə sahibdir və sayı bağlanılır.
  3. Bağlanması lazım olan bir sayının ikili bölgəsinə atılan dart, o sayının iki dəfə atılması ilə eyni dəyərə sahibdir.
  4. Bir oyunçunun bağladığı sayı və ərazilər, xal taxtasında hakim ve oyunçular tərəfindən oxuna biləcək şəkildə , təmiz göz xəttində və yazıçı tərəfindən yazılmalıdır.
  5. Maç hakimi ya da yazıçı oyunçuya atış bitimindən sonra qalan atışlar və ya bitiriş haqqında məlumat verə bilməz.
  6. Maç hakimi qaydaların tam bir tətbiq edicisi olmalıdır və gərəkli vəziyyətlərdə yazıçıya danışaraq qərarlarını bildirməlidir.