Amerika Bilyardı

Amerika bilyardı, bilyardın bu günə qədər gələn ilk cibli bilyard növüdür. Amerikan bilyardı adından da göründüyü kimi Amerikalıların kəşf ettiyi oyundur. Amerikan bilyardında 1-7 arasında nömrələnmiş yeddi ədəd top, zolaqlı olaraq adlandırılan 9-15 arasında nömrələnmiş top, 8 nömrəli qara top bir də vuruşa başlanılan 1 ağ top vardır. Yani tam olaraq 16 ədəd top vardır.
Oyun, 2 adam və ya 2 qurup olaraq oynanılır. Oyunun məqsədi iki qrup topdan birini tamamlayıb qara topu ən son topun girdiyi cibə və ya oyunçunun elan edəcəyi cibə göndərilməlidir. “Bant” topların cibə girmədən əvvəl və ya ağ topun oyunçunun elan ettiyi topa dəymədən əvvəl banta dəyməsi mecburiyyəti deyildir. Oyun, topları  fərqli olaraq (1 və 15 nömrəli toplar 3 və 10 nömrəli topların yerini alır) düzdükdən sonra ağ topun stolun diyər tərəfindən, stolun ilk yarı xəttindən, oyunçunun istədiyi bucaqdan vuraraq başlayır. Cibə ilk girən top oyunu başladan oyunçunun hansı grup topla oynayacağını göstərir. Açılışda topun cibə düşməməsi halında rəqib oynayacağı grupu seçər, açılışda iki fərqli qrupa aid topların cibə girməsi faul sayılmaz.  Cibə girən toplar çıxardıla bilməz, gruplar seçilərək oyun rəqibə keçər. Oyun başladıqdan sonra oyunçu hər vuruşda hansı topu hansı cibə salacağını vuruşdan əvvəl elan etməlidir. 1 nömrəli və 15 nömrəli toplar fərqli olmaq şərti ilə orta ciblərə salınması lazımdır. Toplardan birinin girməməsi halında isə rəqib diyər topu orta ciblərdən birinə salmaq məcburiyyətindədir.
Faullər, (Rəqibə ağ topu istədiyi yerdən başlama şansı verir), ağ topu cibə salmaq, hər hansı bir topun stoldan çölə çıxması, rəqib qrupun topunu bir dəfəyə və ya dəydirərək cibə salması, ağ topun ilk əvvəl diyər gruptan topa ya da qara topa dəyməsi ya da heç bir topa dəymədən gedməsi, oyunçunun istəyi xaricində hər hansı bir əli, paltarı və ya bir alətlə hər hansı bir topa dəyməsi, ağ topa replikanın iki dəfə dəyməsi ya da ağ top xaricində bir topa dəyməsi halında uyqulanır.
Ağ topun cibə girməsi ya da stoldan çıxtdığı hallarda rəqib oyunçu ağ topu başlama xəttində istədiyi yerdən başladır, ancaq ilk vuruşsa vuracağı hər hansı bir top stolun diyər yarısında olması və ya ağ topu Bantdan çıxardaraq ilk yarıda elan edəcəyi topa vura bilər.
Oyunun uduzulmasına səbəb olan fauller, qara topun daha qara topa sıra gəlmədən cibə salınması, qara topun stoldan çölə çıxması və qara topun elan ediləndən başqa bir cibə düşməsidir. Açılışda sadəcə qara topun ciblərdən birinə girməsi halında açılış edən oyunçu oyunu qazanır, qara topla birlikdə başqa hər hansı topun ciblərdən birinə girməsi oyunu uduzdurur. Əgər qara topun girəcəyi cib seçildikdən sonra, əvvəl ağ top başqa bir cibə girərsə sonra qara top seçilən cibə girərsə, cibi seçən oyunçu yani rəqib oyunu qazanır. Elan etmek məcburluğu olan ya da olmayan bütün atışlarda son top olaraq qara top qalmış olsa da ağ top və qara topun eyni atışda cibə girməsi halında ağı və qaranı salan tərəf uduzar. Bu vəziyyətdə ağ və qara topdan hansının birinci girdiyinə baxılmır.
Oyun “Bantlı” oynanması halında ağ topun elan edilən topa dəymədən əvvəl və ya elan edilən topun cibə düşmədən əvvəl banta dəyməsi məcburidir.
Amerikan bilyardı ən çox üstünlük verilən cibli bilyard növüdür. 
Stol Növü ………………………… .FT ………… .Xaici Ölçüsü . ……….. ..Oyun Sahəsi
Oyun Bilyard Stolu …………… ..10 ………… .315 × 170 …… ……. .. 284 × 142
Yarım Oyun Bilyard Stolu ………… 9 ………… .285 × 160 …………… 245 × 127
Balaca Ölçülü Bilyard Stolu ……… .7 ………… .240 × 135 …… ……… 210 × 105
Ev Bilyard Stolu …………… .6 ………… .220 × 125 …………. .. 190 × 95
Ayrıca 9-top, 14 + 1 və Bank pool kimi növləri vardır.
Bilyard, standart Amerikan Bilyardı stolunda oynanan bir oyundur. Qaydaların çoxu eynidir. Ancaq bu oyunda sadəcə 1-9 arasındakı toplar işlədilir. Toplar, 1 nömrəli top ən qabağda və 9 nömrəli top tam ortada qalmaq üzrə almaz şeklinde 1 nömrəli top açılış nöqtəsində olacaq şəkildə bir–birinə yapışıq olaraq düzülür. Oyunun məqsədi, açılışdan sonra 1 nömrəli topdan başlayaraq sırayla gedmək və ən son 9 nömrəli topu salaraq oyunu bitirməkdir. Burdakı əsas məqsəd sıradakı topu cibə saldıqdan sonra başqa bir topu salmaq haqqı olmasıdır. Məsələn, sıra 2 nömrəli topdadırsa, oyunçu ağ topla əvvəl 2 nömrəli topu görüb daha sonra 9 nömrəli topu salaraq oyunu qazana bilər. Bu hall bütün toplara aiddir. 9 top oyununda bəyannamə edilməz. İstediyiniz kimi oynaya bilərsiniz.

 

3 Top Bilyard

 

     

Cibsiz Bilyarda ən yaxşı misal 3-Top (Karambol bilyardı) və Üç-Bant bilyardıdır. Qanun olaraq bu iki oyun arasında çox az fərq vardır. Bu iki oyun eyni stolda və eyni toplarla oynanılır. Bu iki oyunda 1 ağ top, 1 sarı top və 1 qırmızı top vardır. İki adam ya da iki qrupla oynanılır. Qayda olaraq rəqiblər biri ağ topa diyəri ise sarı topa vurur. Bu iki oyunda da qırmızı topa vurulmaz. 3 sayılı bir topu atmaq üçün, top digər iki topa vurulmalıdır. 3-bantda isə xal almaq üçün vuruş topunu 3 dəfə banta toxundurmaq ve digər iki topa vurmaqdır. 3-bant oyununda əsas vuruşu vurarkən replikanın çıxış nöqtəsini diqqətə alaraq, topların stol içində hansı sürətdə və hansı bucaqlarda yol alacağını hesab etməyə dayanır. Cədvəldəki nöqtə və ya almaz şəklində simvollar bu hesablamaları etmenizə kömək edir. Bu hesabları hazırlamaq üçün fərqli nömrəli sistemlər işlədilir. Hər hansı bir top stoldan çıxarsa faul sayılır. 3-Top 3-Bant sayıya görə asanlaşdırılmış bir oyundur.

Ayrıca çətin vəziyyətlərdə xal almaq yerinə rəqibə karot atmaq tabir edilən vuruşlarla mövqeyi verməmək lazımdır. Rəqib fərqli bir xal alamazsa, saute və ya sota olaraq adlandırılan asand vuruş güclü ola bilər.